Slimfit
  1. İDMAN

"Neftçi" - "Qalatasaray" oyununda ot örtüyü rənglənmişdimi?

"Neftçi" - "Qalatasaray" oyununda ot örtüyü rənglənmişdimi?
Sakura

"Neftçi" - "Qalatasaray" oyununda ot örtüyü rənglənmişdimi?

Bakı Olimpiya Stadionu (BOS) UEFA Avropa Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Qalatasaray" oyunu zamanı meydançanın ot örtüyünün yaşıl boya ilə rənglənməsinə dair iddialara münasibət bildirib.

Ens.az xəbər verir ki,Stadionun direktoru Qarayev "Report"a açıqlamasında belə xəbərlərin doğru olmadığını bildirib. Onun sözlərinə görə, meydançaya baxan "Aqrosport" şirkəti örtüyün bu cür oyunlara hazırlanması prosesində ona xüsusi maddə vurur: "Meydanın vəziyyəti oyunun keyfiyyətinə uyğun olmalıdır. Bu, onların daxili işidir. Amma otun rəngləndiyini düşünmürəm".

"Aqrosport" şirkətinin baş aqronomu Yan Morton isə xəbəri təəccüblə qarşılayıb. İngiltərəli mütəxəssis otun rənglənmədiyini bildirib: "Cavid Qarayevin də dediyi kimi, ot örtüyünə xüsusi gübrə vurulub. Açığı, bu məsələ mənə gülməli gəldi. Çünki oyun yüksək səviyyədə keçirilib, meydanın ot örtüyündə heç bir problem olmayıb. Amma şayiə yayırlar ki, guya, ot rənglənib. Oyun günü örtüyün vəziyyətini yaxşılaşdırmaq üçün ona dəmir tərkibli gübrələr verilir. Bu, həm otu bərkidir, həm də onun daha gözəl görünməsinə səbəb olur".

Bir müddət öncə stadionda yeniləmə işlərinin apardıqlarını deyən Morton meydanda yeni otların çıxdığını söyləyib: "Bu cür otlara həmin gübrələr dəyəndə rəngi daha çox çıxır. Amma heç bir rəngləmə olmayıb. Mənə də maraqlıdır ki, belə iddialar haradan ortaya atılıb".

Qeyd edək ki, BOS-dakı oyunda "Neftçi"ni 3:1 hesabı ilə məğlub edən "Qalatasaray" Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR