Slimfit
  1. İQTİSADİYYAT

Neft OPEC+ görüşü ərəfəsində ucuzlaşdı

Neft OPEC+ görüşü ərəfəsində ucuzlaşdı
Sakura

Neft OPEC+ görüşü ərəfəsində ucuzlaşdı

Son günlər Süveyş kanalında hərəkətin bərpası, Avropada, Hindistanda, ABŞ-ın bəzi regionlarında koronavirusla bağlı çətin vəziyyət, habelə digər faktorlar OPEC+ görüşü ərəfəsində neftin ucuzlaşmasını şərtləndirir.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 19:17-ə olan vəziyyətə görə “Brent” markalı neftin iyun fyüçersləri 1,22 faiz ucuzlaşaraq 64,13 ABŞ dollarına, “WTI” markalı neftin may fyüçersləri də 1,64 faiz ucuzlaşaraq 60,55 dollara satılıb.

“Reuters” mötəbər mənbəyə istinadən xəbər verir ki, OPEC+ çərçivəsində aprelin 1-nə təyin olunmuş nazirlərin görüşündə Səudiyyə Ərəbistanının cari hasilat ixtisarı səviyyəsini iyun ayında da davam etdirməyə, son karantin məhdudiyyətləri ilə bağlı birtərəfli ixtisarın müddətini uzatmağa hazırdır.

Bütövlükdə karantin tədbirlərinin bərpası və peyvəndləmə ilə bağlı mövcud çətinliklər səbəbindən 2021-ci ildə neftə tələbatın dirçəliş sürətinin gündəlik 1 milyon barel azala biləcəyi bildirilir.

Bununla yanaşı, bazar iştirakçıları və ekspertlərin qənaətincə, İranın ABŞ və BMT-nin müvafiq sanksiyalarına baxmayaraq, Çinə neft ixracatını davam etdirərək gündəlik 1 milyon barelə çatdıra biləcəyi güman edilir.

Həmçinin ABŞ dollarının bahalaşmasının da neftin qiymətlərinə mənfi təsir göstərdiyi irəli sürülür.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR