Slimfit
  1. AZƏRBAYCAN

Nazirlik bayram günü bu şəxsləri mükafatlandırdı

Nazirlik bayram günü bu şəxsləri mükafatlandırdı
Sakura

Nazirlik bayram günü bu şəxsləri mükafatlandırdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi bu gün peşə bayramının qeyd olunmasına Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini anmaqla başlayıb.

Nazirlikdən Axar.az-a bildirilib ki, mərhum prezidentin məzarı önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib. Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi anılıb.

Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyində peşə bayramına həsr olunmuş tədbir keçirilib. Ətraf mühitin mühafizəsi sahəsində xüsusi xidmətlərinə görə fərqlənənlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Nazirliyin Həmkarlar İttifaqı Komitəsinin “Fəxri Fərman”ları ilə təltif edilib.

Peşə bayramı günündə keçirilən tədbirlərin davamı olaraq Neftçala Regional Kompleks Monitorinq Laboratoriyasının da açılışı olub. 10 rayonu əhatə edəcək laboratoriya müasir tələblərə cavab verən cihaz və avadanlıqlarla təchiz olunub.

Laboratoriyanın yaradılmasında məqsəd Xəzərə tökülən transsərhəd çayların suyunun keyfiyyətinə nəzarəti gücləndirməklə dənizin çirkləndirilməsinin qarşısını almaq, səth sularının, atmosfer yağıntılarının və torpağın kimyəvi analizlərini həyata keçirmək, eyni zamanda sahil və keçid sularının monitorinqini aparmaqdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR