Slimfit
  1. SİYASƏT

Nazirlər razılığa gəldilər - avqustun 1-dən sonra uçuşlar bərpa olunur

Nazirlər razılığa gəldilər - avqustun 1-dən sonra uçuşlar bərpa olunur
Sakura

Nazirlər razılığa gəldilər - avqustun 1-dən sonra uçuşlar bərpa olunur

Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı naziri Beybut Atamkulov və Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə arasında telefon danışığı baş tutub.

Ens.az xəbər verir ki, bu barədə Modern.az-a Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Telefon söhbətində tərəflər nəqliyyat, yük tranziti, hava nəqliyyatı kimi sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti barədə məlumat mübadiləsi aparıb və koronavirus pandemiyasının yayılmasına qarşı müvəqqəti məhdudlaşdırıcı tədbirlərə baxmayaraq, yüklərin dəmir yolu və avtomobil yolu ilə daşınmasının müsbət dinamikasını qeyd ediblər.

Qeyd edək ki, son bir ildə Qazaxıstan və Azərbaycan arasında avtomobil yolu ilə yük daşınmasının həcmi təxminən 22 min ton təşkil edib. Qazaxıstanın dəmir yolu ilə tranzit yüklərin həcmi 32% artaraq 38,66 min ton təşkil edib. Ötən ilin aprel ayında Aktau-Bakı fider xəttinin açılması ilə əlaqədar olaraq, 2019-cu ildə konteyner daşımalarının həcmi 14,7 min iyirmi fut ekvivalentindən 24,8 İFE qədər artıb.

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün Qazaxıstan vətəndaşlarının vətəninə qayıtması istisna olmaqla, Aktau və Kurık dəniz limanları ilə sərnişin daşınmasına müvəqqəti qadağa tətbiq edilib. Bununla belə, yük daşınması həmişəki kimi həyata keçirilir. Bu ilin 6 ayında daşımaların 1 mln. tona çatdırılması proqnozlaşdırılır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur. Tərəflər, həmçinin ölkələrdəki və dünyada baş verən epidemioloji vəziyyəti nəzərə alaraq, cari ilin avqustun 1-dən sonra iki ölkə arasında uçuşların bərpa olunmasını nəzərdən keçirmək qərarına gəliblər. Ölkələr arasında mövcud razılaşmalara əsasən hər iki istiqamətə həftədə 16 sərnişin və yük uçuşunun həyata keçirilməsinə icazə verilir.

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsindən əvvəl Qazaxıstan aviaşirkətləri ilə (“Air Astana”, SCAT) həftədə 13 uçuş həyata keçirirdi. Azərbaycan aviaşirkətləri isə (AZAL, “Silk Way West”) həftədə 5 uçuş həyata keçirirdi.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR