Dərc edildi: Baxış sayı: 713
2019-cu ildən 45 min pensiyaçının təqaüdləri 35 faizdən çox artacaq. Bunu jurnalistlərə açıqlamasında…
Gələn ildən 45 min pensiyaçının təqaüdləri əhəmiyyətli dərəcədə artacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bunu mətbuat konfransında açıqlayıb.
Nazir indiyədək 224 şəhidin 300-dək vərəsəsinə artıq birdəfəlik ödənişlərin verilməsi bağlı işlərin yekunlaşdığını bildirib. Nazir ilin sonuna qədər dövlət başçısının bu il üçün ayırdığı 58 milyonluq vəsaitin böyük hissəsinin aidiyyatı üzrə şahid vərəsələrinə veriləcəyinş deyşb.Sahil Babayev nazirliyə daxil olan şikayətlərin və onların araşdırmasının nəticələrinin də açıqlayıb.
Özünəməşğulluq proqramından danışan Sahil Babayev bu proqramın əhatə dairəsinin bu il 6 dəfə artırıldığını açıqlayıb. Nazir bunun nəticəsində hər il 7 min nəfərdən çox sahibkarın yeni işinə başlamasının ölkədə işsizliyin aradan qaldırılmasında önəmli rol oynayacağına diqqət çəkib.
Pensiya sisteminin tam avtomalaşdırılacağını deyən nazir Sahil Babayev hazırkı vəziyyətdə bu işin həyata keçirilməsi üçün lazım olan 2 ay müddətin cəmi bir neçə dəqiqəyə qədər azaldılacağına diqqət çəkib. O, bu yolla vətəndaşların evdən bayıra çıxmadan pensiya təyinatı ilə bağlı məlumat alacaqlarını vurğulayıb.
Mənbə: BAKU.WS
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət