Slimfit
  1. CƏMİYYƏT

Nazir: “Azərbaycan və Misir aerokosmik sahədə əməkdaşlıq potensialını araşdırır”

Nazir: “Azərbaycan və Misir aerokosmik sahədə əməkdaşlıq potensialını araşdırır”
Sakura

Nazir: “Azərbaycan və Misir aerokosmik sahədə əməkdaşlıq potensialını araşdırır”

Azərbaycan və Misir aerokosmik sahədə əməkdaşlıq potensialını araşdırır.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda Misir Ərəb Respublikasının milli bayramı - İnqilab günü münasibətilə keçirilən tədbirdə bildirib.

Nazirin sözlərinə görə, hazırda "Azərkosmos" və Misir Kosmik Agentliyi arasında danışıqlar aparılır.

“Hesab edirik ki, bu, Azərbaycanın peyk tutumu ilə bağlı bəzi Misir şirkətləri ilə artıq mövcud olan müqavilələrə əhəmiyyətli əlavədir. Biz, həmçinin Misir şirkətləri ilə Azərbaycan bazarına çıxmaq imkanlarına dair danışıqları davam etdiririk. Ötən il iki ölkənin iş adamlarının iştirakı ilə Azərbaycan-Misir Biznes Forumu təşkil olunub. Bu təşəbbüslər ölkələrimiz arasında iqtisadi əməkdaşlığı gücləndirir”,- R.Nəbiyev qeyd edib.

Nazir, həmçinin deyib ki, ölkələr arasında hazırda həftədə yeddi müntəzəm sərnişin reysi və bir müntəzəm yük reysi həyata keçirilir:

“Hesab edirik ki, birbaşa uçuşların sayının artırılması ölkələrimiz arasında iqtisadiyyat, ticarət və turizm sahələrində əməkdaşlığa töhfə verəcək”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR