Dərc edildi: Baxış sayı: 1077
“Naxçıvan Lift Xidməti” publik hüquqi şəxsi yaradılıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 12-də “Naxçıvan Lift Xidməti” publik hüquqi şəxsin yaradılması haqqında Sərəncam imzalayıb.
APA-nın məlumatına görə, sərəncama əsasən, Naxçıvan Şəhər Lift Təmiri və İstismarı İdarəsinin əsasında “Naxçıvan Lift Xidməti” publik hüquqi şəxsi yaradılıb.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin nizamnaməsini və ştat strukturunu təsdiq etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət