Dərc edildi: Baxış sayı: 452
NATO-da Türkiyəyə görə parçalanma... - Rus ekspert açıqladı
Türkiyə məsələsinə həll yolu tapılmaması NATO daxilində parçalanmaya gətirib çıxarır.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Dmitri Danilov deyib.
Danilov ABŞ və NATO müttəfiqlərinin Türkiyəyə təzyiqlərinin bu ölkənin milli strateji mənafeyinə zidd olduğunu bildirib:
“Türkiyə ciddi arqumentlər ortaya qoyub ki, bunların da araşdırılması labüddür. Belə olan durumda Türkiyə NATO-dan dəstək almağı deyil, müstəqil oyunçu, üçüncü qüvvə kimi özünü təqdim etməyi üstün tutur. Türkiyənin çıxışları ABŞ, həmçinin digər NATO üzvlərinin təzyiqlərinin qəbuledilməz olduğunun göstəricisidir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət