Slimfit
  1. AZƏRBAYCAN

Musa Quliyev deputatın etik davranış qaydaları haqqında qanuna dəyişikləri sərt tənqid edib: "Deputatlara hörmət edilmir"

Musa Quliyev deputatın etik davranış qaydaları haqqında qanuna dəyişikləri sərt tənqid edib: "Deputatlara hörmət edilmir"
Sakura

Musa Quliyev deputatın etik davranış qaydaları haqqında qanuna dəyişikləri sərt tənqid edib: "Deputatlara…

"Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanuna dəyişikliklərin forması, mahiyyəti ona bənzəyir ki, Milli Məclis seçkili deyil, təyinatlı orqandır. Təyinatlı bir orqanda orqanın rəhbəri necə əmr verib, işçisini cəzalandıra bilirsə, faktiki forma odur”.

Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Musa Quliyev deyib.

M.Quliyev qeyd edib ki, Milli Məclis xalqın seçdiyi bir orqandır: “Dəyişikliyi oxuyanda elə başa düşülür ki, bunu deputat yazmayıb, kimsə deputatlara qarşı yazıb. Bəzən deyirlər ki, deputatlara hörmət edilmir. Deputatlara hörmət edilməməsi elə buradan görünür. Parlamentin İntizam komissiyasının qərarı ilə deputat mandatdan məhrum edilir. Onu seçən 40 min insandan soruşmurlar ki, sənin seçdiyin şəxsi mandatdan məhrum edirik. Əvvəlki qaydalarda bu, Milli Məclisin müzakirəsinə çıxarılırdı. Niyə indi elə deyil? Ona görə müzakirəyə çıxarılmır ki, İntizam komissiyasının 9 üzvünə tapşırıq vermək asandır, nəinki 125 nəfərə? Bunu pis niyyətlə demirəm. Yaxşı olar ki, bu, beynəlxalq ekspertizaya verilsin, onların rəyi alınsın.

Milli Məclisin işini yaxşılaşdırmaq istəyiriksə, müzakirələrə daha çox imkan yaradılmalıdır. Hər kəsə hörmətim var, amma deputatlar var ki, aylarla, illərlə parlamentdə çıxış etmirlər, seçicini təmsil etmirlər, biz buna bir söz demirik, amma deputatın iclasda 3 dəfə iştirak etməməsinə görə mandatı alınır...İllərlə iclaslarda olsun, çıxış etməsin, fəaliyyət göstərməsin, təklif verməsin, qanun yazmasın-bu zərərlidir, yoxsa bir ayda iclasda 2 dəfə iştirak etməmək? Biz deputatların statuslarının imkanlarını artırmalıyıq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR