Slimfit
  1. MARAQLI

Mumiyada öldürücü parazitlər tapıldı:

Mumiyada öldürücü parazitlər tapıldı:
Sakura

375 ildir orada yaşayırlar

Cənubi Koreyadan olan alimlər 375 yaşlı mumiyanın qaraciyərində “Paragonimus westermani” (ağciyər sorucu qurdu) adlı yastı qurdlar aşkar ediblər.

Tədqiqatçıların fikrincə, xəstənin ölümünə məhz qurdlar tərəfindən yaranmış paraqonimoz hepatit səbəb olub.

Publika.az bildirir ki, bu haqda “New Scientist” nəşri məlumat yayıb.

Maraqlı məqam ondan ibarətdir ki, bu parazitlərə nə isti, nə soyuq təsir etmir və 400 ilə yaxındır ki, onlar mumiyalanmış cəsəddə yaşayırlar.

Mumiya 2014-cü ildə tapılıb. Cəsəd 63 yaşında ölən Szin Li (Jing Lee) adlı kişiyə məxsus idi. Cənubi Koreyanın əyaləti olan Çxondo müasir rayonunun ərazisində dəfn edilmişdi. Bu yaxınlarda nəslin davamçılarının icazəsi ilə tədqiqatçılar mumiyalanmış cəsədi dərindən öyrənməyə nail olublar. Kompüter tomoqrafiyasının köməyi ilə mumiyanı tədqiq etməyə başlayıblar. Məlum oldu ki, qaraciyərdə sorucu qurdun 85 mikrometr uzunluğunda qızılı-qəhvəyi yumurtaları mövcuddur.

“Paragonimus westermani” şirin suda yaşayan xərçəngvari parazitdir. Hazırda paraqonimoz cənub-şərqi Asiya və Cənubi Amerika ölkələrində daha geniş yayılıb. Yoluxmanın simptomları ağrını və titrətməni özündə birləşdirir. Hərçənd parazitlər daha çox ciyərlərdə yaşamağı üstün sayırlar, buna baxmayaraq onlar başqa orqanlara, məsələn beyinə də daxil ola bilirlər ki, bu da ağır ensefalitlər yaradır.

Zaur H.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR