“Mülki təyyarəni düşmən təyyarəsi ilə neçə səhv salıblar?”
“İran prezidenti deyir ki, mülki təyyarə hərbi obyektin üzərindən uçduğundan səhvən vurulub. Təyyarə Tehranın mərkəzindəki İmam Xomeyni hava limanından havaya qalxıb”. Hurriyyet.org xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib
Şahinoğlu əlavə edib ki, bütün mülki təyyarələr həmin hava limanından eyni trayektoriya ilə havaya qalxır: “Bu məntiqlə bütün bu təyyarələr haqqında danışılan hərbi “obyektin” üzərindən uçur. Axı, hava hücumundan qoruma sistemləri ölkənin içərisindən uçan mülki təyyarəni düşmən təyyarəsi ilə neçə səhv salıblar? Nəsə ortada böyük qeyri-peşəkarlar olub. Bunu da ilk günlər ört-basdır etmək üçün "təyyarə texniki səbəbdən qəzaya uğrayıb, Amerikanın iddiaları yalandır, bizimlə psixoloji savaş aparırlar" fikrini israrla iddia edirdilər. Görünür, Tehranda sonradan anladılar ki, reallığı uzun müddət gizli saxlamaq mümkün olmayacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət