MOK-un Tokio-2020-də uğur qazanan idmançılara və məşqçilərə verəcəyi mükafatın məbləği müəyyənləşib
Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev "Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında” sərəncam imzalayıb.
Ens.az xəbər verirki,bununla bağlı President.az məlumat yayıb.
Sərəncama əsasən, XXXII Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:
1.1.İkinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat;
1.2.Üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;
1.3.Komandanın baş məşqçisi-idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət