Slimfit
  1. TARİX

Misirli arxeoloqlar qədim daş qəbirlər və xəzinə tapıblar

Misirli arxeoloqlar qədim daş qəbirlər və xəzinə tapıblar
Sakura

Misirli arxeoloqlar qədim daş qəbirlər və xəzinə tapıblar

Ens.az xəbər verir ki, onlar ictimaiyyətə Fironların dövrünə aid olan qədim artefaktların xəzinəsini təqdim ediblər.

Tuna el-Gebel adlanan arxeoloji məkanda işləyən arxeoloji ekspedisiya qədim Firon dövrünə aid əntiq əsərlərin yer aldığı xəzinəni üzə çıxarıb. Bu qəbir yeri eramızdan əvvəl 664 ilə 399 illər arasındakı dövrə aid olunur. Arxeoloqlar müxtəlif heroqlif mətnlərinin həkk olunduğu əhəng daşından olan 20 sarkofaq (sarkofaq : yun. sarkophaqos- qədim xalqlarda daş tabut) aşkar ediblər. Onların bəzilərində sahiblərinin adları qeyd olunub. Bundan əlavə, tabut qapaqları "mumiyaya bənzər insan fiqurları" şəklində düzəldilib.

Dekorativ sarkofaqlardan əlavə, səkkiz dəst kanop da tapılıb. Dəfn olunanın bədən orqanları bu qablarda saxlanılırmış.

Qazıntı zamanı beş taxta tabut, 10.000 mavi cənazə fiquru və yüzlərlə amulet də aşkar edilmişdir. Misirin Qədimliyi Ali Şurasının baş katibi Mustafa Vəziri açılışda jurnalistlərə verdiyi müsahibə zamanı bəzi amuletlərin qızıl və qiymətli daşlardan düzəldildiyini söyləyib.

Tapıntıların elan olunması əsnasında nazir Xalid Anani jurnalistlərə arxeoloqlar tərəfindən tapılan qəbiristanlıqda Totun baş keşişlərinə aid insanların dəfn edildiyini söyləyib.

Bu quşabənzər qədim Misir allahı hikmət, elm və digər intellektual fəaliyyət tanrısı hesab olunurmuş.

Bütün tapıntılar arasında ən əhəmiyyətlisindən biri, kral xəzinədarı və möhür daşıyıcısı olan Böyük Yequti Ayovu Anxa aid olan sarkofaq sayılır. Nazirlik səlahiyyətliləri bildiriblər ki, onun tabutu cilalanmış əhəngdən hazırlanıb.

Xatırladaq ki, bu kəşf, 2020-ci ildə missiyalarının üçüncü mövsümünü keçirən arxeoloqlar üçün ilk olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR