Mirzə Nəsrullah bəy Didə - Əhli-halə, sanma, ey dil, bu cahan məqbuldur
Əhli-halə, sanma, ey dil, bu cahan məqbuldur,
Aqilə cahi-dolali-dövləti məxzuldur.
Bəzl qıl kim, nəfü sudin etdigin məbzuldur
Vay o nəfs mali-dünya yığmağa məşğuldur,
Ayeyi-veylul ləküll halına məşmuldur.
Zərrəni bica demə ya nur, o pişi-afitab
Ya dutubdur cüğdi-arif guşəyi-künci-xərab
Onların məqsudidir dinarü dirhəm bihesab
Biri gögdən, biri yerdən eyləyirler iktisab
Hər biri öz aləmində talibi-məmuldur.
Ey cahanı çox sevən bəxti siyah, ey dərbədər,
Ey ölüm yaddan çıxarmış biqəzavü-biqədər,
Bu qədər şövqün nədir təhsilü cəmi-simü zər,
Vallahi hər kəs əgər dünyavü mafiha sevər,
Doşti-Xəsranın çölündə bir biyabani-quldur.
Ey xumar aludeyi-qəflət, sərapa bəd əməl,
Talibi-dünyayi - fani bər cü zənburi-əsəl,
Pula, mala rağib olma, yadına sal bir əcəl,
Oylə ban olma ki, bebavər yəqinən laəqəl,
Çün ölüm hər zinəfəsdən dəmbədəm mənquldur.
Hal-dünya bir binadır – çəkmə anın həsrəti
Aləmi-mənadə biridir üsrət ilə işrəti.
Pişvallar hər zaman dünyadan etmiş nifrəti,
Çək ayağın bu fənadan, dut fəriqi-söhbəti
Söhbəti-irfani hər bir firqədə məqbuldur.
Filməsəl, dünyayi dövlət səndə oldu həsbi-kam,
Pulu malü mülkü cahi əşhəbi-göhərləgam
Səndə gər bəxşayiş olmaz - feyz aparmaz xasü am
Hər nə dövlət cəm edibsən, tən olur beynələnam
Həmrəhin zəhmət çəkən carubikeş məzbuldur.
Bu cahanı şövq edən Firon ilə Şəddadıdır,
Gör oların guşnişini hancarı bir badıdır
Eyləmə təşbih özün onlara, gəl imdadı dur
Zimmi-dünyayi-əcuzə bir tükənməz zadıdır
Bu əsasən şərhi-mətni xətm olunmaz, tuldur.
Sərbəsər vəzü nəsayihdir bu şeri-pürhəqiq
Həqq - məzmun uzun - guya ki, dəryayi-əmiq
Hər sözü dürdaneyi-afaq, çün ləlü əqiq
Lölöi-məknundur, Didə düri-nəzmi-dəqiq
Filməsəl, guya sədəf tək gövhəri-kəşkuldur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət