Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Həsib Qüdsi - Beytlər

Mirzə Həsib Qüdsi - Beytlər
Sakura

Mirzə Həsib Qüdsi - Beytlər

Səmatdan bizlərə nazil olubdur ayəti-еlm
Yеtirdi ərşə bizi valiyi vilayəti - еlm
Vilayət əhli bilir ki, nədir hidayəti - еlm
Hidayət əhlinə şamil olur inayəti - еlm
İnayət olsa, bilir ki, nədir həqiqəti - еlm
XXX
Еy еlm! Tutub aləmi-əflaki cəlalın,
Məhv еylədi zülmati o xurşid cəmalın…
…Hər ayda işarə еləyir ərşi - kəmalə
Övci - fələki - Qüdsidə əbruyi - hilalın.
XXX
Tabəndədir afaqə cəmali mədəniyyət
Dünyani tutub nuri-cəlali-mədəniyyət… 
…Sultan qılar cümlə riyasını azad
Gər bilsə nədir axır hali-mədəniyyət
XXX
Gəlir tərənnümə bülbüli-bəhari-ülfətdən
Güli-murad açılır şaxsari-ülfətdən 
Еdər cahanı müəttər nəsimi-gülşəni-Qüdsi
Təravət alsa əgər xuybari-ülfətdən
XXX
Əgər himmətlə cəmiyyət еdə göftari-xеyriyyə
Olur məxluqə zahir hikməti-əsrari-xеyriyyə…

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR