Dərc edildi: Baxış sayı: 964
Mirzə Əbülhəsən Şəhid - Qəzəl
Vahәsrәta ki, tәrki-vәfa qıldı yarlәr,
Әfğan ki, keçdi hәsrәt ilә ruzigarlәr.
Dәrda ki, yarsız qәmi-hicr aldı canımı,
Qaldı könüldә mәhşәrә çox intizarlәr.
Sövdayi-zülfü xәttini başdan çıxarmazam,
Gәr başım içrә mәskәn edә mur, marlәr.
Künci-qәfәsdә bülbüli-miskin edәr fәğan,
Tutmuş mәqam sәhni-gülüstanda xarlәr.
Әfsus, gül eşitmәdi bülbül nәvalәrin,
Yetdi xәzan gülşәnә, keçdi baharlәr.
Ömrüm әziz saxla, Şәhid, olsa gәr nәsib,
Әyyami-vәsl lazım olur çox nisarlәr.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət