Slimfit
  1. AZƏRBAYCAN

Miroslav Layçak: ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ehtiyatlı nikbinlik nümayiş etdirir

Miroslav Layçak: ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ehtiyatlı nikbinlik nümayiş etdirir
Sakura

Miroslav Layçak: ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ehtiyatlı nikbinlik nümayiş…

Həlli uzanmış münaqişənin nizamlanması regional kontekstdə sabitlik, fəal dialoq və cəmiyyətlərin irəli addımlamağa hazır olmasını tələb edən mürəkkəb məsələdir.

Bunu Trend-ə özəl müsahibəsində ATƏT-in hazırkı sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak deyib.

Onun sözlərinə görə, təcrübə göstərir ki, inklüziv proseslər böyük ehtimalla real, möhkəm sülhə və sabitliyə gətirib çıxaracaq:

“Son zamanlarda biz irəliləyiş əlamətləri görürük və bununla bağlı ehtiyatlı nikbinlik nümayiş etdiririk. Qoşunların təmas xəttində və dövlət sərhədləri boyunca qurbanların sayı azalıb. Biz Yerevanla Bakı arasında yüksək səviyyədə dialoqun müntəzəm xarakterini müşahidə edirik. Bütün bu hadisələrin nəticəsi ATƏT məkanında sabitliyin yüksəlməsinə yol açır”.

M.Layçak qeyd edib ki, Slovakiya təşkilatda sədrliyi müddətində münaqişənin danışıqlar yolu ilə dinc və dayanıqlı nizamlanmasına sadiqdir:

“Mən yenidən Anji Kaspşiki münaqişə üzrə öz şəxsi nümayəndəm təyin etmişəm. Biz Minsk prosesinə inanırıq və onun uğuru üçün lazımi dəstəyi veririk. Mən ATƏT Minsk qrupunun həmsədrləri ilə sıx təmasdayam və bu yaxınlarda Parisdə xarici işlər nazirlərinin görüşünü müsbət qiymətləndirmişəm. Onların əhalinin sülhə hazırlanması üçün zəruri addımların atılmasını anlaması tərəfimizdən dəstəklənməyə layiqdir”.

Onun sözlərinə görə, ATƏT dialoq, əməkdaşlıq və vasitəçilik üçün platforma təqdim edib və bu, humanitar tələbatla bağlı məsələlərə diqqət ayırmağa kömək edə bilər:

“Slovakiyanın ATƏT sədrliyinin prioritetlərindən biri münaqişənin qarşısının alınması, nizamlanması, vasitəçilik etməsi və mümkün olduğu qədər humanitar fəsadların yumşaldılmasıdır. Mənim Ukrayna, Gürcüstan və Moldovaya səfərlərim zamanı çalışıram ki, zərər çəkmiş insanlar beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olsunlar”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR