Slimfit
  1. ƏDƏBİYYAT

Mir Möhsün Nəvvab - Eylə müştaqi-cəmaləm, bilmənəm dünya nədir

Mir Möhsün Nəvvab - Eylə müştaqi-cəmaləm, bilmənəm dünya nədir
Sakura

Mir Möhsün Nəvvab - Eylə müştaqi-cəmaləm, bilmənəm dünya nədir

Eylə müştaqi-cəmaləm, bilmənəm dünya nədir?
Talibi-bəzmi-vüsaləm, bilmənəm dünya nədir?

Ey camaət təşnəsüz, çün mütəhhər qanıma,
Razıyam yüz min bəlalar, gər yetişsə canıma,
Ruhumu lahutdə bəzl etmişəm cananıma,
Aləmi-ünsürdə bu sevda nədir, səfra nədir?

Mən vətəndən ol zaman kim zari-giryan köçmüşəm,
Şövq ilə canan yolunda başü candan keçmişəm,
Aləmi-mənada mən cami-şəhadət içmişəm,
Aləmi-zəhirdə bu mina nədir, səhba nədir?

Giryanam eşq atəşinə, şaiqəra Musa kimi,
Payi-darə çəksəniz, min kəz əgər İsa kimi,
Başımı qət eyləsəz hər dəm əgər Yəhya kimi,
Nuş candır, bilmənəm xəncər nədir, əda nədlr?

Eylərəm təkrar "Ərni" çünki adətdir mənə,
Gər eşitsəm "Ləntərani" çox qənimətdir mənə,
Dustdən yüz min bəlalər eyni-ləzzətdir mənə,
Bu şəhadət vadisidir, "Lən" nədir, "Ləmma" nədir?

Mən gərəkdir kim, bu gün vasil olam cananimə,
Min sinanü tiğü xəncər gər yetişsə canimə,
Bu mühasinim gərəkdir kim, bata al qanimə,
Azimi-dərgəhi-yarəm, bilmənəm dünya nədir?

Bu şəhadətdə gərək babamə təqlid eyləyəm,
Dəstəmazimi bu gün qan ilə təcdid eyləyəm,
Səcdədə məbudimi təhmidü təmcid eyləyəm,
Sacidə məscid nədir, məbəd nədir, səhra nədir.

Min qəmü möhnət ara saldız bu şahi-bikəsi,
Şeşdəri-heyrətara saldız bu şahi-bikəsi,
Qərqi-dəryayi-fəna etdiz bu şahi-bikəsi,
Dəxi bir biyar üçün bu şurü bu qövğa nədir?

Yarü ənsarım gedib biyarü yavər qalmışam,
Bu bəla dəştində mən zarü mükəddər qalmışam,
Nimi-besməl quş kimi bibalü bipər qalmışam,
Gülşənim tarac olub, bülbül nədir, şeyda nədir?

Ərğəvan kimi boyanmış Qasimi-gülpeykərim,
Sərviqəd qardaşlarım, gülüzlü nazlı Əkbərim,
Qönçəvəş pürxun düşüb xakə Əliyyi-Əsğərim,
Bilmənəm sünbül nədir, susən nədir, rəna nədir.

Ya Hüseyn, ey xaki-payın aləmin başına tac,
Ey şəhadətləri verən İslam dininə rəvac,
Etgilən Nəvvabi-zarın dərdü zarinə əlac,
Cəzb qıl ta bilməsin dünya nədir, üqba nədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR