Slimfit
  1. GÜNDƏM

Minimum pensiya 220 manatı ötə bilər

Minimum pensiya 220 manatı ötə bilər
Sakura

Minimum pensiya 220 manatı ötə bilər

Novator.az pensiyalarda mümkün artım göstəricilərinə nəzər salıb.

“Əmək pensiyaları haqqında” qanunda yeniliyə görə, 2020-ci ildən əmək pensiyasının sığorta hissəsi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdiriləcək.

Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalını isə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirmək qərara alınıb.

Əmək pensiyasının sığorta hissəsi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir.

Pensiya kapitalı fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir.

İndeksləşdirmə Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan rəsmi bilgi əsas götürülməklə həyata keçirilir.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2019-cu il oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,7 faiz artıb.

2019-cu ilin yanvar-oktyabr aylarında istehlak məhsulları və xidmətlərin isə 2018-ci ilin eyni dövrünə nisbətən 2,6 faiz bahalaşdığı açıqlanıb.

Hazırda Azərbaycanda əmək pensiyasının minimum məbləği 200 manatdır. Ölkə üzrə orta aylıq nominal əməkhaqqının 11,7 faiz artmasından çıxış etsək, 2020-ci ilin indeksləşdirməsi nəticəsində minimum pensiya məbləği 23,4 manat artacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR