Slimfit
  1. İQTİSADİYYAT

Milyard dollarlıq səhmi 800 dollara satan Apple-ın qurucusu

Milyard dollarlıq səhmi 800 dollara satan Apple-ın qurucusu
Sakura

Milyard dollarlıq səhmi 800 dollara satan Apple-ın qurucusu

Ötən məqalələrimizdən birində Apple şirkətinin 1 trilyon dollarlıq dəyərə çatması və bununla da bu səviyyəyə çatan ilk Amerikalı açıq səhmdar şirkəti olması haqqında yazmışdıq.

Odur ki, Apple səhmlərinin 10% - nə sahib olmaq hazırda xəyal kimi görünür. Lakin bir nəfər var ki, o bu fürsəti əldən buraxmağın nə demək olduğunu yaxşı bilir. Ronald Wayne – Apple şirkətinin çox tanınmayan üçüncü həmtəsisçisi.

Ronald Wayne, o vaxtlar 21 və 25 yaşında olan Apple – ın digər təsisçiləri Steve Wozniak  Stiv Cobsa şirkəti “böyük nəzarəti” ilə təmin etmək üçün qoşulur və maşınqayırma və sənədləşməyə rəhbərlik edir. CNBC kanalında yayımlanan “The Filthy Rich Guide” proqramında deyilənə görə, o, bunun müqabilində şirkətin 10% -lik səhminə sahib olur.

1976 – cı il aprelin 1 – də Wayne öz yazı makinasının arxasına əyləşir və hər bir təsisçinin öhdəliklərini əks etdirən müqavilə tərtib edir və bununla da şirkətdəki funksiyasını rəsmiləşdirir. O, həmçinin şirkətin hazırkı simvolu ilə əvəzlənməzdən bir il əvvələ qədər istifadə edilməkdə olan ilk loqosunu da hazırlayır.  

Çox keçmir ki, Wayne layihənin aqibəti ilə bağlı şübhələrə qapılır. Belə ki, Cobs15 000 dollar məbləğində kredit götürür və beləliklə o, Apple – ın təqribən 100 kompüter sifariş verən “Bay Area” kompüter mağazası ilə olan ilk müqaviləsini yerinə yetirmək üçün lazımi təchizatları ala bilir. Lakin sifariş aldıqları şirkət öz borclarını ödəyə bilməməsi ilə tanındığı üçün Wayne Apple şirkətinin götürdükləri krediti geri ödəyə bilməyəcəyindən narahat olur.

The Apple Inc. founding partnership agreement signed by Steve Wozniak, Steve Jobs and Ronald Wayne from 1976.

Tərəfdaşlıq müqaviləsi

Cobs və Wozniak həm cavan idilər, həm də itirəcək heç nəyə sahib deyildilər, Wayne– nin isə əmlakı vardı və o, uğursuzluq əldə edəcəkləri təqdirdə maddi sıxıntılar yaşayacağından qorxurdu.

Beləliklə Wozniak və Cobs ilə sadəcə 12 gündən ibarət ortaqlıqdan sonra Wayne müqavilədən öz adını çıxarır və səhmlərini digər təsisçilərə 800 dollara satır.

Wayne – nin şirkətdən ayrılmaqla bağlı qərarı ona baha başa gəldi. Bu gün Apple şirkətində 10% - lik səhmin dəyəri 95 milyard dollardan artıqdır.Səhmlərini satmamış olsaydı Wayne hazırda dünyanın ən varlı insanlarından biri olacaqdı.

Qəribədir ki, Wayne öz qərarına görə təəssüflənmədiyini, çünki şirkətdə uğur qazanacağına inanmadığını bildirir. “Növbəti 20 il ərzində mən sənədləşmə departamentində kağızlarla işləməli olacaqdım.”

Christie's is auctioning off an original Apple-1 computer owned by Ted Perry as part of its First Bytes: Iconic Technology from the Twentieth Century, an online auction of vintage tech products.

Wayne – nin yeganə peşmanlığı Apple şirkətində keçirdiyi vaxtla bağlıdır. O, 1976 – cı ildən bəri illərdir ki, ilk müqaviləni saxlayırdı.1990 – cı illərin əvvəllərində o, müqaviləni 500 dollara satdı.

“Mən, Apple müqaviləsini öz sənəd rəfimdə saxlayırdım, onun üzəri tozla və hörümçək toru ilə örtülmüşdü və mən düşündüm, “Bu sənədi saxlamaq mənə nə üçün gərəkdir?”

“The Filthy Rich Guide” proqramında qeyd edilənə görə, 2011 – ci ildə eyni müqavilə hərrac zamanı 1.59 milyon dollara satılıb.

 

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR