Millimiz dünya çempionatı üçün gündoğar ölkəyə yola düşdü
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada təşkil olunacaq dünya çempionatı üçün heyəti açıqlanıb.
Oxu.Az xəbər verir ki, mundialda baş məşqçi Faiq Qarayev 14 oyunçunun xidmətindən yararlanacaq.
Millimizin heyətində Yana Əzimova, Anastasiya Qurbanova, Odina Əliyeva, Ayşən Əbdüləzimova, Alyona Həsənova, Yelizaveta Səmədova, Natalya Məmmədova, Yana Kulan, Kristina Yaqubova, Aynur İmanova, Yuliya Kərimova, Polina Rəhimova, Şəfaqət Alışanova və Bəyaz Əliyeva yer alıblar.
Qeyd edək ki, dünən Bakı – Doha reysi ilə gündoğar ölkəyə yola düşən millimiz dünya çempionatında Rusiya, ABŞ, Tailand, Trinidad və Tobaqo və Cənubi Koreya yığmaları ilə bir qrupda mübarizə aparacaq. Mundialdan öncə yığmamız turnirin favoritlərindən olan İtaliya millisi ilə yoxlama oyunları keçirəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət