Slimfit
  1. AZƏRBAYCAN

Milli Məclis “Pasportlar haqqında” qanuna dəyişiklik edib

Milli Məclis “Pasportlar haqqında” qanuna dəyişiklik edib
Sakura

Milli Məclis “Pasportlar haqqında” qanuna dəyişiklik edib

 Milli Məclisin bu gün keçirilən plenar iclasında “Pasportlar haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, dəyişiklik Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri nəzdində təsis edilən hərbi attaşelik aparatlarının zabit heyətinə, həmçinin beynəlxalq təşkilatlardakı hərbi nümayəndələrinə və onların müavinlərinə diplomatik pasport verilməsi ilə bağlıdır.

Qanunun 6-cı (Diplomatik pasport) maddəsinə edilən əlavəyə əsasən, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri nəzdində təsis edilən hərbi attaşelik aparatlarının zabit heyətinə, həmçinin beynəlxalq təşkilatlardakı hərbi nümayəndələrinə və onların müavinlərinə, müvafiq icra hakimiyyəti orqanının xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə də diplomatik pasport verilir.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR