Slimfit
  1. İQTİSADİYYAT

Millət vəkili: “Mütləq kommunal xidmətlərdə güzəştlər olmalıdır”

Millət vəkili: “Mütləq kommunal xidmətlərdə güzəştlər olmalıdır”
Sakura

Millət vəkili: “Mütləq kommunal xidmətlərdə güzəştlər olmalıdır”

 

Son günlər sosial şəbəkələrdə kommunal ödənişlərdə güzəşt məsələsi müzakirə olunur. Buna səbəb koronavirus infeksiyasına yoluxmaq təhlükəsi qarşısında evdən çıxmayan vətəndaşların qaz, elektrik enerjisi, sudan daha çox istifadə etməsidir. Belə olan halda vətəndaşların bu istiqamətdə xərcləri artır. Millət vəkili Fazil Mustafa qeyd edib ki, mütləq kommunal güzəştlər olmalıdır. Çünki, vətəndaşın gəliri artıq əvvəlki səviyədə deyil: "Adam işə getmir, işləyə bilmirsə, güzəştli yanaşmaq lazımdır. Çünki vətəndaşın gəliri artıq əvvəlki səviyədə deyil. Ona görə də burada mütləq hərtərəfli hamı bir-birinə anlayış göstərərək müəyyən güzəştlərə nail olmaq vacibdir. Vətəndaş əgər işləmirsə, bu xərcləri necə ödəsin? İşləyəndə bu pul çıxır, çıxmayandan sonra neyləsin? Müəyyən dərəcədə ödəniş məsələsində güzəştlər edilməsi nəzərdə tutula bilər. Bunu da bir sosial paket formasında hazırlayıb ortaya qoymaq lazımdır. Bu, vəziyyəti bir az yüngülləşdirə bilər. Bunlar hamısı müvəqqəti xarakter daşıyır. Çünki vəziyyət düzələndən sonra təzədən bərpa etmək olar".

Mənbə: olaylar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR