"Qalib gəlmək üçün ona hörmət ermək lazımdır."
Ens.az xəbər verir ki, Həbib Nurməhəmmədovun məşqçısı yetirməsinin Toni Fergusona qarşı bu ilin yazında baş tutması nəzərdə tutulan döyüşü ilə bağlı fikirlərini bölüşüb. UFC yüngül çəki dərəcəsində yarışan hazırki dünya çempionunun məşqçısı Xaviyer Mendez bildirib ki, Həbib Toni-yə hörmət etməlidir. Bu, qazanmağın yeganə yoludur.
“Yadda saxlayın ki, Həbib kardiomaşındır. Onlar arasında 5 raund davam edəcək bir müharibə gözləyirəm. Hakimlərin qərarı ilə sarsıdıcı qələbə gözləyirəm. Ancaq bunun üçün diqqətlə hazırlaşmaq lazımdır. Ferguson qarşılaşacağımız ən güclü rəqibdir. Onu məğlub etmək üçün hörmət edilməlidir, əks təqdirdə uduzacağıq. Onun kardio hazırlığı mübarizənin ağır tempinə tab gətirməyə imkan verir, lakin Həbib də heç vaxt yorulmaq bilmir ”deyə "Body Lock" portalı Mendesdən sitat gətirir.
Nurməhəmmmədov-Ferguson döyüşü aprelin 18-də Bruklindəki UFC 249 turnirində baş tutacaq.
Xatırladaq ki, Həbibin meneceri bildirib ki, o, Fergusonla döyüşdən sonra bir də yayda döyüş keçirə bilər. Rizvan Maqomedov belə qısa fasiləni müqəddəs Ramazan ayı ilə əlaqələndirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət