Slimfit
  1. AZƏRBAYCAN

“Meşəyə insan gəlib” – Yeddibulaqda soyqırım həyata keçirirlər

“Meşəyə insan gəlib” – Yeddibulaqda soyqırım həyata keçirirlər
Sakura

Bu azmış kimi, kəsilən ağacların meşə ərazisindən rahat şəkildə çıxarılması üçün xırda ağacları kəsərək,…

Şamaxı və İsmayıllı rayon ərazisində yerləşən meşələrə qənim kəsilənlər var. Belə ki, naməlum şəxslər tərəfindən səbəbi bilinmədən dağ döşündəki ağaclara divan tutulub. Təbiəti talan edənlər oksigen mənbəyini məhv ediblər. Bu azmış kimi, kəsilən ağacların meşə ərazisindən rahat şəkildə çıxarılması üçün xırda ağacları kəsərək, özləri üçün yol da açıblar.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Şamaxının Nüydü kəndi və İsmayıllı rayonunun Bizlan kəndinin ərazisində yerləşən Yeddibulaq adlanan meşə massivində müxtəlif diametrli ağaclar kütləvi şəkildə kəsilib. Meşə zolağında palıd, vələs, yemişan, göyrüş, ağcaqayın ağacları kökündən kəsilərək ərazidən aparılıb. Ağaclara kökündən balta vuranlar sakinlərin narazılığına səbəb olub. Şikayətçilər iddia edirlər ki, ağaclar satmaq məqsədilə kəsilib.

Şamaxı sakini Hacağa Quluyev baş verənlər barədə bunları danışıb: "Bu ağaclar kəsilib ki, burdan rahat maşın getsin. Yəni yol açmaq məqsədilə kəsilib. Mən bu əraziyə çox gəlirəm. İndi gələndə kütləvi "qırğını" gördüm, dəhşətə gəldim. Heç qaz olmayan illərdə, hətta 80-ci illərin sonunda belə, meşə "soyqırımı" olmamışdı. İndi baxın, görün nə boyda ağac kəsilib. Meşəni belə hala salmazlar".

İsmayıllı sakini Səfaqəddin Əliyev isə gördükləri ilə bağlı bunları deyib: "Mən mal-qoyun otarıram. Gələndə gördüm ki, meşə qırılıb. Üzü yuxarıda daha çox ağac qırılıb. Kənd sakinlərini ağac kəsməyə qoymurlar, ancaq özləri qırıb satırlar. Ağaclar günbəgün azalır".

Digər sakin Zahid Fətəliyev də gördüklərini danışıb: "Gəlib gördük ki, ərazidə küllü miqdarda müxtəlif diametrli ağaclar kəsilib. Yuxarı çıxanda isə gördük ki, ağacları doğrayıblar. Yəqin ki, aparmağa çalışıblar. Gəzdik, baxdıq, təxminən 100 yaxın ağac kəsilmişdi. Hamısı təzə kəsilmişdi, yarpaqları, motor kəsən yer yaş idi".

Meşə ərazisində olarkən üzləşdiyimiz mənzərə sakinlərin müraciətini haqlı çıxarır. İrəlilədikcə meşənin dərinliyində gördüyümüz kəsilmiş onlarla ağacların kötüyü isə vəziyyətin ciddiyyətindən xəbər verir. Mişarla kəsilərək doğranılmış ağacların qalığına da rast gəldik.

Ağacların hələ solmamış yarpaqları onu deməyə əsas verir ki, aidiyyəti qurumların araşdırma apardığı müddətdə belə, ağac kəsimi aparıla bilər. Buna görə də ağackəsənlərin kimliyinin müəyyənləşdirilməsi labüddür.

Məsələ ilə bağlı Şamaxı və İsmayıllı Rayon Meşə Təsərrüfatı İdarəsinin rəsmiləri ilə əlaqə saxladıq. Bildirdilər ki, məsələ artıq araşdırılır, əraziyə baxan meşəbəyləri isə məsuliyyətə cəlb olunaraq cərimə ediliblər.



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR