Slimfit
  1. MEDİA

Mərkəzi Elmi Kitabxanada böyük türkmən şairi Məhtimqulu Fəraqiyə həsr olunan beynəlxalq elmi konfrans keçirilib

Mərkəzi Elmi Kitabxanada böyük türkmən şairi Məhtimqulu Fəraqiyə həsr olunan beynəlxalq elmi konfrans keçirilib
Sakura

Mərkəzi Elmi Kitabxanada böyük türkmən şairi Məhtimqulu Fəraqiyə həsr olunan beynəlxalq elmi konfrans…

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin həyat və yaradıcılığına həsr olunan “Məhtimqulu Fəraqi – Azərbaycan-Türkmənistan qardaşlığının rəmzi kimi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Əvvəlcə tədbir iştirakçıları M.Fəraqi yaradıcılığına və Türkmənistan mədəniyyətinə dair sərgi ilə tanış olublar.

Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli böyük mütəfəkkir Məhtimqulu Fəraqinin qiymətli irsinin öyrənilməsinin, tədqiqi və nəşrinin ölkələrimiz arasında ədəbi-mədəni əlaqələrin inkişafında böyük əhəmiyyət daşıdığını vurğulayıb. Ədəbiyyat İnstitutu tərəfindən türkmən şairinin seçilmiş əsərlərindən ibarət “Divan”ının ilk dəfə doğma dilimizdə çap olunduğunu diqqətə çatdıran AMEA-nın vitse-prezidenti bu nəşrin yüksək səviyyədə inkişaf edən Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinə töhfə olduğunu qeyd edib. Bildirib ki, 1914-cü ildə daşbasma üsulu ilə Buxara şəhərində çap edilən “Divan”dakı şeirlərin bir çoxu şairin bu vaxtadək nəşr edilən kitablarında yoxdur.

Akademik İ.Həbibbəyli ortaq köklərə və zəngin ənənələrə malik olan qardaş türkmən xalqının qüdrətli şairi M.Fəraqini türk-müsəlman dünyasının və ümumən bəşəriyyətin yetişdirdiyi görkəmli sənətkar kimi səciyyələndirib. Alim vurğulayıb ki, Məhtimqulunun poeziyası türkmən xalqının şanlı tarixinin epopeyasıdır.

Sonra çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva böyük türkmən şairi M.Fəraqiyə həsr olunan beynəlxalq konfransın onun zəngin irsinin türkmən ictimai fikrinə və milli şüuruna yeni üfüqlər açdığını qeyd edib. G.Əfəndiyeva ümumtürk klassik ədəbiyyatının görkəmli nümayəndəsi Məhtimqulu Fəraqinin Azərbaycanla bağlılığı, onun ədəbi irsinin ölkəmizdə nəşri və tədqiqi məsələlərindən bəhs edib. O, M.Fəraqinin yaradıcılığında vətənpərvərlik, birliyə çağırış motivlərinin güclü olduğunu, şairin dünyada xalqların mənəvi-siyasi birliyinin böyük müdafiəçisi və carçısı kimi qəbul edildiyini diqqətə çatdırıb.

Türkmənistanın ölkəmizdəki səfiri Mekan İşankuliyev isə xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərindən söz açıb, tədbirin iki ölkə arasındakı ədəbi əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Qeyd edib ki, “Fəraqi” təxəllüsü ilə şeirlər yazan Məhtimqulunun yaradıcılığı türkmən ədəbiyyatının mühüm bir dövrünü əhatə edir. Səfir Azərbaycanda M.Fəraqi yaradıcılığına göstərilən diqqətə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlının “Məhtimqulunun Azərbaycan sevgisi” mövzusunda məruzəsi dinlənilib.

Tədbir çərçivəsində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr edilən “Məhtimqulu Fəraqi və Azərbaycan” kitabının təqdimatı da olub. Bildirilib ki, 284 səhifəlik kitab “Ön söz”, yeddi bölüm, nəticə və Azərbaycan, türkmən, türk, rus dillərində ədəbiyyat siyahısından ibarətdir.

Sonda görkəmli türkmən şairi M.Fəraqiyə həsr olunan film nümayiş etdirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR