Dərc edildi: Baxış sayı: 496
Məmmədyarov Çində səfərdədir
Xarici işlər naziri Elmar Məmmədyarov Davos Dünya İqtisadi Forumunun18-20 sentyabr 2018-ci il tarixində Çin Xalq Respublikasının Tianjin şəhərində keçiriləcək illik toplantısında iştirak etmək üçün Çinə işgüzar səfərdədir.
XİN-dən AzVision.az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov "Avrasiyada inklusiv rəqəmsal inkişaf" adlı paneldə çıxış edərək inklusiv və davamlı inkişaf baxımdan ölkəmizin əldə etdiyi nailiyyətləri və təcrübəsi barədə danışacaq. Səfər əsnasında həmçinin, nazirin bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət