MEK-ə xarici ölkələrdən nəşrlər daxil olub
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) xarici tərəfdaşları ilə əməkdaşlığı müntəzəm olaraq davam etdirilir və aktual mövzularla bağlı xarici nəşrlərin əldə edilməsi istiqamətində işlər aparılır.
Bu günlərdə kitabxanaya Rusiya (“Китай”), Hollandiya (Elements), Türkiyə (İslam Araştırmaları Dergisi), Fransadan (Geographie) ətraf mühit, geologiya, iqlim, riyaziyyat, ictimai elmlər və başqa sahələri əhatə edən nəşrlər daxil olub.
Beynəlxalq mübadilənin intensiv aparıldığı qurumlar sırasında Potsdam Universitet Kitabxanası, Senkenberq Nəşr Mübadiləsi, Leibniz Assosiasiyası, Şotlandiya Milli Kitabxanası, Sloveniya Elmlər Akademiyasının Kitabxanası, Yaponiyanın Riyaziyyat və Neft Kimya Cəmiyyəti, Fransanın Botanika İnstitutunu qeyd etmək olar.
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
pr.mek.az@gmail.com
(012) 539-73-67 ( daxili 14-14)
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət