Slimfit
  1. CƏMİYYƏT

Məcburi gətirilməsi tələb olunan məşhur vəkil onuncu dəfə məhkəməyə gəlməyib

Məcburi gətirilməsi tələb olunan məşhur vəkil onuncu dəfə məhkəməyə gəlməyib
Sakura

Məcburi gətirilməsi tələb olunan məşhur vəkil onuncu dəfə məhkəməyə gəlməyib

Külli miqdarda mənimsəmədə ittiham olunan 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın cinayət işi üzrə bu günə təyin olunmuş məhkəmə prosesi təxirə salınıb.

Ens.az Apa.az-a istinadən xəbər verir ki,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilməli olan prosesin təxirə salınmasına səbəb təqsirləndirilən şəxsin məhkəməyə gəlməməsi olub.

Sümbülə Əliyeva məhkəməyə bildiriş göndərib, səhhəti ilə əlaqədar gələ bilmədiyini bildirib.

Məhkəmə təqsirləndirilən şəxs barəsində məcburi gətirilmə qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Sümbülə Əliyeva ardıcıl 10 prosesə gəlməyib. Məhkəmədən yayındığına görə onun barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

İttihama görə, Sümbülə Əliyeva 1 saylı hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği mənimsəməkdə ittiham olunur.

İş üzrə dəymiş ziyan 200 min manata yaxındır.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) və 213 (vergiləri, məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR