Slimfit
  1. AVTO VƏ MOTO

“Maserati” 4336 avtomobili geri çağırır

“Maserati” 4336 avtomobili geri çağırır
Sakura

“Maserati” 4336 avtomobili geri çağırır

İtaliyanın lüks avtomobil istehsalçısı “Maserati” Çin bazarında satdığı 4336 nəqliyyat vasitəsini yanacaq borularındakı qüsurlara görə geri çağırmağa başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb. Bildirilir ki, geri çağırılan avtomobillər 2013-2017-ci illərdə istehsal olunmuş “Quattroporte” və 2013-2015-ci illərdə buraxılan “Ghibli” modelləridir.

Administrasiyanın mütəxəssisləri həmin avtomobillərin yanacaq borularındakı qüsurların alışma ilə nəticələnə biləcək benzin sızmasına səbəb olacağını düşünürlər. İstehsalçı şirkət qüsurlu hissələri öz hesabına dəyişəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR