Dərc edildi: Baxış sayı: 718
Masallının prokuroru vəzifəsindən azad olundu
Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Masallı rayon prokuroru Allahverdi Novruzov “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.
Ens.az Azvision.az-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov özünün sosial şəbəkə hesabında məlumat yayıb.
O qeyd edib ki, həmin əmrlə A.Novruzov prokurorluq orqanlarında səmərəli fəaliyyətinə görə “Azərbaycan Prokururorluğunun Fəxri Fərmanı” ilə təltif edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət