Slimfit
  1. KOSMOS

Marsda adınızın olmasını istəyirsiniz? Problem yoxdur

Marsda adınızın olmasını istəyirsiniz? Problem yoxdur
Sakura

2018-ci ildə Marsa İnsight aparatı çatacaq. Elmi aparatlardan başqa o Qırmızı planetin səthinə istəyənlərin…

2012-ci ildə NASA Marsa İnsight aparatının göndərilməsini planlaşdırır. O Feniks (ing. Phoenix) missiyasında özünü yaxşı göstərən texnologiyalar əsasında hazırlanıb. Bu enmə modulu 2008-ci ildə Marsı su və həyat əlamətlərinin axtarışı məqsədilə araşdırıb.

İnsight aparatının vəzifəsi planetin quruluşu və tərkibinin araşdırılması olacaq. Aparat səthdə 5m dərinlikdə yeri qazacaq və materiyadan nümunə götürəcək. Bu alimlərə Marsın geoloji quruluşu, onun təkamülü və tektonik aktivliyi barədə daha çox məlumat almağa kömək edəcək.

Elmin və kosmosun populyarlaşdırılması üçün NASA mütəxəssisləri istəyənlərə Marsa öz adını göndərməyi təklif edib. Göndəriləcək aparatın çərçivəsinə kosmik agentliyin saytında sadə formanı dolduran insanların adları həkk olunan lövhə bərkidiləcək. Bu ideya çoxlarının diqqətini cəlb edib: lövhədə 892 mindən çox ad həkk olunub.

İnsight Yeri 2016-cı ildə tərk etməli idi, lakin uçuşu ciddi texniki problemlə görə təxirə salmalı olublar. Növbəti start 2018-ci ilə planlaşdırılıb.

Bu günə olan məlumata əsasən qrafikdən yayınmalar müşahidə olunmur. Buraxılışa hazırlıq planlaşdırılmış rejimdə davam edir və onun mərhələlərindən biri kosmos həvəskarlarının adları həkk olunmuş əlavə lövhənin quraşdırılması olacaq. Ərizə qəbulu 2017-ci ilin 1 noyabr tarixinə qədər davam edəcək; formanı ölkəsindən və yaşından fərqli olmayaraq Yer planetinin istənilən sakini doldura bilər. NASA qeyd edib ki, bu aksiya “Qırmızı planeti öyrənəcək missiyanın bir hissəsinə çevrilmək imkanı yaradır”.

Formanı doldurandan sonra belə bir şəkil hazır olacaq və siz onu endirə və ya paylaşa bilərsiniz:

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR