Slimfit
  1. TEXNOLOGİYA

Mark Zukerberq: “2030-cu ilə qədər yeni özəl sosial platforma yaranacaq”

Mark Zukerberq: “2030-cu ilə qədər yeni özəl sosial platforma yaranacaq”
Sakura

Mark Zukerberq: “2030-cu ilə qədər yeni özəl sosial platforma yaranacaq”

“Facebook”un rəhbəri Mark Zukerberq qarşıdakı on il üçün proqnoz verib.

İnterAz TASS-a istinadən xəbər verir ki, o, bu barədə rəhbəri olduğu sosial şəbəkədəki postunda yazıb.

 "Dünyanın və həyatımın 2030-cu ilə qədər necə dəyişəcəyini düşünməyə qərar verdim. Ümid edirəm ki, 2030-cu ilədək milleniallar çox sayda qurumda rəhbər vəzifələr tutacaqlar. Növbəti on il ərzində “Chan Zuckerberg Initiative” təşkilatı gənc sahibkarlara, alimlərə və liderlərə kömək etməyə diqqət ayıracaq”, - M.Zukerberq yazıb.

 “Facebook” rəhbərinin sözlərinə görə, yaxın 10 ildə yeni özəl sosial platforma yaradılacaq: "İnternet bizə böyük güc – hər kəslə hər yerdə ünsiyyət qurma imkanı verib. Bu, sərhədlərimizi olduqca genişləndirir. İndi milyardlarla insanın yaşadığı cəmiyyətin bir hissəsiyik".

 Həmçinin M.Zukerberq növbəti onillikdə yeni texnoloji platformanın – əlavə edilmiş reallıq cihazları, iri rəqəmsal cəmiyyətlərin idarə edilməsinin yeni formaları hesabına genişləndirilmiş imkanlı smartfonların meydana çıxacağını, kiçik biznesin isə böyük şirkətlərin imkanlarını, o cümlədən müxtəlif texnologiyalara çıxış imkanları əldə edəcəklərini bildirib.

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR