Slimfit
  1. DÜNYA

Manat yarıma İsveçrədə ev almaq şansını qaçırmayın

Manat yarıma İsveçrədə ev almaq şansını qaçırmayın
Sakura

Belə satış kəndə yeni həyat verəcək

İsveçrənin cənubunda yerləşən Monti Şaqa kəndində simvolik qiymətə evlərin satışına başlanılıb. Bu barədə Sputnik Azərbaycan "Daily Mail"ə istinadən xəbər verir. 

Təklif Tiçino kantonunda qismən və ya tamamilə dağılmış daş evlərə şamil olunur. Yerli orqanlar vurğulayır ki, bütün tikililər su xətlərinə qoşulub. Evlər dağlarda, Laqo-Madxare gölü yaxınlığında yerləşir. Kənd İtaliya ilə sərhədin yanındadır. Ona görə də oradan qısa müddətdə Milan şəhəri və Komo gölünə getmək olar.

Evlər bir İsveçrə frankına (1,71 AZN) satılır. Lakin evlərin gələcək sahibləri onu restavrasiya etməlidirlər.

Yerli orqanlar hesab edir ki, belə satış kəndə yeni həyat verəcək. Onlar yeni sakinlərə balıqçı, fermer, inşaatçı və çörəkçi vakansiyalarını təklif etmək niyyətindədirlər.



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR