Dərc edildi: Baxış sayı: 425
Mahir Emreli meydandan qovuldu
Azərbaycan millisi UEFA Millətlər Liqasının I turunun hazırda davam edən Lüksemburqla oyununda azlıqda qalıb.
"Report"un məlumatına görə, yığmanın heyətində Mahir Emreli 26-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının 2020/2021 mövsümündə mübarizəyə başlayıb. Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakı Olimpiya Stadionunda Lüksemburq seçməsini qəbul edir.
Matçda hesab açılmayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət