Dərc edildi: Baxış sayı: 492
“Maaşlar vaxtında verilib, ixtisarlar olmayıb”
“2019-cu ildə Heydər Əliyev adına Hava Limanı 4 milyon 740 min sərnişinə xidmət edib”.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,bunu AZAL-ın vitse-prezidenti Eldar Hacıyev deyib.
O bildirib ki, 2020-ci il başlayandan bu günədək olan məlumata görə, 760 min sərnişinə xidmət göstərilib: “İyunun sonuna kimi 2 milyon sərnişinə xidmət etmək nəzərdə tutulmuşdu. Burada fərqi və ziyanı görmək olur. Dövlət AZAL-a maddi yardım edir. Əməkdaşlar maaşlarını vaxtlı-vaxtında alıblar. Biz bir nəfər də olsun işçini ixtisara salmamışıq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət