Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Lyambliyoz nədir, necə yoluxur?

Lyambliyoz nədir, necə yoluxur?
Sakura

Lyambliyoz nədir, necə yoluxur?

Lyambliyoz çöl heyvanlarının və gəmiricilərin orqanizmində olur. Bu, nazik bağırsaqda, bəzən isə öd kisəsində parazitlik edən lyamblyalar tərəfindən törədilən xəstəlikdir. Çirkli sulardan istifadə хüsusilə uşaqlar arasında lyambliyozun geniş yayılmasına səbəb olur. Parazitin əsas keçiricisi məhz tərəvəzlərdir. Sözügedən parazitlər uşaqların sağlamlığına böyük ziyan vurur. Geniş vüsət almış xəstəlik lyamblilərin nazik bağırsağı və qaraciyəri zədələməsi ilə baş verir.
 
Medicina.az bu xəstəliyin necə yoluxması və əlamətləri haqqında ətraflı məlumatı təqdim edir.
Yolxucu xəstəliyə istənilən yaş qrupunda müşahidə etmək mümkündür. Lyamblioz xəstəliyinə yoluxmaq üçün mədə şirəsinin turşuluq səviyyəsinin aşağı düşməsi və cəmi 10 lyambli sistası udmaq kifayət edir.
 
Necə yoluxur?
Xəstəliyin törədiciləri orqanizmə ağızdan keçir. Lyambliozla yoluxmanın əsas üç yolu var:
 

• Su
• Təmas 

• Qida
 
 Əksərən yoluxma su borularından axan yaxşı təmizlənməmiş su, yaxud açıq su hövzələrindən istifadə edərkən baş verir. Gündəlik həyatda lyambliozla yoluxmaya səbəb olan əşyalar:
 
• Alt paltarları
• Oyuncaqlar 
• Qab-qacaq
 
 Uşaqların dırnaqları, qələmləri, karandaşları dişləmək kimi zərərli vərdişlər demək olar ki, 100% lyamblia ilə nəticələnir. Yoluxma sistalarla yoluxmuş, xüsusilə termiki emal olunmuş qida məhsullarından (tərəvəz, giləmeyvələr, meyvələr) istifadə zamanı da baş verə bilər.
Bu parazitlər orqanizmə daxil olan bütün vitaminləri sovurur. Nəticədə xroniki ishal və yaxud digər problemlər meydana gəlir. Lyamblioz olan insanlarda həddindən çox arıqlama və qan azlığı müşahidə olunur.
 
 
Əlamətləri nələrdir?
 
 Lyamblioz  xəstələri mədə bulanması, iştahanın azalması, bəzən qarında qurultu, eyni zamanda qarnın yuxarı hissələrində narahatlıqdan şikayətlənirlər. Parazitlər yoluxmadan 9 gün sonra görünməyə başlayır. Bəzi xəstələrdə duru, su halında ishal, bədən kütləsinin hədsiz azalması müşahidə olunur. Bir neçə gündən sonra bütün simptomlar tədricən yox olur. Yoluxduqdan sonra 1-3 həftə ərzində özünü büruzə verir.
 
•    Pis qoxulu ishal
•    Həddindən çox qaz
•    Qarın ağrısı
•    İştahsızlıq
•    Yorğunluq və halsızlıq
•    Mədə bulanması
•    Şişkinlik
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR