Slimfit
  1. DÜNYA

Lukaşenko belaruslarla rusların birləşdiyini elan etdi

Lukaşenko belaruslarla rusların birləşdiyini elan etdi
Sakura

Lukaşenko belaruslarla rusların birləşdiyini elan etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinə göndərdiyi Yeni il təbriki məktubunda qeyd edib ki, iki ölkə xalqının ittifaqı baş tutub. Yeniavaz.com RBK-ya istinadla xəbər verir ki, bu barədə Belarus liderinin  mətbuat xidməti məlumat verib.
 
A.Lukaşenko vurğulayıb ki, 2019-cu ildə İttifaq dövlətinin yaradılması haqqında müqavilənin imzalandığı gündən 20 il ötəcək. Onun sözlərinə görə, Belarus və Rusiya çətin yol keçiblər, lakin bu gün əminliklə demək olar ki, iki xalqın ittifaqı baş tutub.
 
Belarus Prezidenti əmin olduğunu bildirib ki, iki ölkənin dərin etimada və hörmətə əsaslanmış milli maraqlarına əməl edilməsi üzrə əziyyətli iş ikitərəfli əlaqələrin inkişafına ciddi impuls verəcək. A. Lukaşenko hesab edir ki, belarus və rusların birləşmək iradəsi inteqrasiya quruculuğu, çoxplanlı əməkdaşlıq və ümumi müasir tarixinin formalaşması üçün möhkəm əsas olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR