Slimfit
  1. AZƏRBAYCAN

"London taksiləri" qiymətləri endirdi

"London taksiləri" qiymətləri endirdi
Sakura

"London taksiləri" qiymətləri endirdi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Taksi Xidməti” MMC Heydər Əliyev Beynəlxalq Aeroportundan sərnişinlərin daşınması qiymətlərində endirim tətbiq edib.

Bu barədə Axar.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, xidmətin keyfiyyətinin yüksəldilməsi və təhlükəsizliyin təmin edilməsi üçün aparılan bir sıra islahatların nəticəsi olaraq hava limanı ərazisində yerli sakinlərə və turistlərə yalnız “Bakı Taksi Xidməti” MMC xidmət göstərəcək. Taksilərin fəaliyyətinə nəzarət daha da gücləndirilib. “Taxometr” cihazı vasitəsilə müştəri yalnız qət etdiyi məsafəyə uyğun ödəniş edir: “Bununla yanaşı, “Bakı Taksi Xidməti” aeroportdan həyata keçirilən sərnişin daşımalarında 40 faiz endirim tətbiq edir ki, bu endirimlər hər hansı bir müddət çərçivəsində yox, bütün dövrü əhatə edəcək”.

Yeni fəaliyyətə başlayan “1848” Çağrı mərkəzi taksi xidmətindən istifadəni daha da rahatlaşdırır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR