Dərc edildi: Baxış sayı: 815
Lerikdə heyvanlar arasında xəstəlik yayılıb: gözləri görmür, burunlarından su axır
Lerik rayonunun kəndlərində mal-qara arasında xəstəlik yayılıb.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, yoluxucu xəstəlikdən heyvanlar arasında tələf olma halı da qeydə alınıb.
Xəstəlik rayonun Zeynəko və ətraf kəndlərində bir neçə təsərrüfatda müşahidə edilir. Keçən il qoyunlar arasında yayılan xəstəlik bu il iribuynuzlu heyvanlara da keçib.
Xəstəliyə tutulan heyvanların hərarəti yüksək olur, bədənlərində şişlər əmələ gəlir, gözləri görmür və burunlarından su axır.
Rayon Baytarlıq İdarəsindən Oxu.Az-a bildirib ki, heyvanlarda rast gəlinən xəstəliyin adı teyleriozdur və onun qarşısını almaq üçün ciddi tədbirlər görülür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət