Slimfit
  1. AZƏRBAYCAN

Lənkəranlı bağban bir ağacda yeddi meyvə yetişdirir

Lənkəranlı bağban bir ağacda yeddi meyvə yetişdirir
Sakura

Lənkəranlı bağban bir ağacda yeddi meyvə yetişdirir

 Lənkəranlı bağban bir ağacda yeddi növ fərqli meyvə yetişdirir.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, rayonun Hirkan qəsəbəsində yaşayan Arif Kərimov 40 ildir bağçılıqla məşğul olur.

Maraqlısı budur ki, bağbanın əkdiyi sitrus meyvə ağacları bir ilə bar verir. O, buna ağacları bir-birinə calaq etməklə nail olur. 

Calaq etməyi atasından öyrənən aqronom bir çoxlarından fərqli olaraq, təkcə cır limondan istifadə etmir. Panderoza kimi iri meyvələri olan müxtəlif sitrus ağaclarını calaq edir.

İl ərzində 1500 calaq edən A.Kərimov göz, yarma, keçirmə, qabıq kimi calaq növlərindən istifadə edir. Təsərrüfatçı deyir ki, ağac calamağın öz vaxtı, üsulu və incəlikləri var.

A.Kərimov ilin əvvəlində bir ağacda yeddi növ fərqli sitrus meyvəsi yetişdirib. Hazırda həmin ağaca daha iki sitrus meyvəsi calaq etməklə məşğuldur. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR