Slimfit
  1. AZƏRBAYCAN

Lənkəranda qeyri-adi sınaq: bir ağacda yeddi meyvə

Lənkəranda qeyri-adi sınaq: bir ağacda yeddi meyvə
Sakura

Lənkəranda qeyri-adi sınaq: bir ağacda yeddi meyvə

Lənkəran sakini yeddi növ fərqli sitrus meyvəsini bir ağacda yetişdirir.

Oxu.Az-ın Cənub bürosunun verdiyi xəbərə görə, Lənkəranın Hirkan qəsəbəsində yaşayan Arif Kərimov 40 ildir bağçılıq təsərrüfatı ilə məşğul olur və əkdiyi meyvə ağacları bir ilə bar verir.

O, buna ağacları bir-birinə calaq etməklə nail olur. Bir çoxlarından fərqli olaraq, təsərrüfatçı təkcə cır limondan istifadə etmir. Panderoza kimi iri meyvələri olan müxtəlif sitrus ağaclarını calaq edir. O deyir ki, ağac calamağın öz vaxtı, üsulu və incəlikləri var.

Bağban calağın göz, yarma, keçirmə, qabıq kimi növlərindən istifadə edir. Nəticə isə göz qabağındadır.

Təsərrüfatçı dekorativ ağacların calağı ilə də məşğul olur. O, budaqları yalnız yerli ağaclardan seçmir, Türkiyədən, İrandan gətirdiyi növlərdən də istifadə edir. Bəzi dekorativ ağacları isə öz budağına calaq edərək bonsay və spiral formalarını ala bilir.

Yayda və qışda da calaq işləri ilə məşğul olan bağban gələcəkdə alma, armud kimi digər meyvə  ağaclarını da bir ağacda calaq edib yetişdirmək fikrindədir. Qeyd edək ki, calanan ağac, adətən, mart ayında əkilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR