Slimfit
  1. SİYASƏT

Lavrovun Bakı səfərində vacib məqamlar

Lavrovun Bakı səfərində vacib məqamlar
Sakura

Lavrovun Bakı səfərində vacib məqamlar

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana iki günlük səfərinin bir neçə məqsədi var.

Axar.az xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb. Təhlildə Lavrovun bir müddət əvvəl baş tutan İrəvan səfəri də xatırladılıb.

“Qarşıduran ölkələrdən birinə səfər edib, o birisinə səfər etməmək Lavrovun açıq-aşkar tərəflərdən birinə üstünlük verməsi mənasına gələ bilərdi. Ona görə də Rusiya XİN başçısı münaqişə tərəflərindən hər birinə sözdə də olsa, eyni məsafədə olduğunu göstərməli idi. Lavrov İrəvanda iki gün qalmışdısa, Bakıda iki gün qaldı.

Lavrovun Bakıya gəlişinin bir başqa məqsədi iki ölkənin xarici işlər nazirliklərinin 2020-ci il üçün fəaliyyəti proqramını təsdiq etmək idi. Lavrov eynisini Ermənistanda təsdiq etmişdi”.

Analizdə Lavrovla Prezident İlham Əliyevin görşündəki bir sıra vacib məqamlara diqqət çəkilib:

“Bu görüşdə İlham Əliyev Lavrova Ermənistanın Baş naziri Nikol Paşinyanın Xankəndidə dediyi təxribatçı “Qarabağ Ermənistandır” açıqlamasını və Lavrovun da tənqid etməsini xatırlatdı. Lavrov demişdi ki, düşünülməmiş açıqlamalar danışıqlar prosesinə zərər vura bilər. O, təxminən eyni sözləri İlham Əliyevə də dedi. Lavrov yenə Paşinyanın adını çəkmədən bildirdi ki, düşünülməmiş açıqlamalardan çəkinmək lazımdır. Yəni bu yalnız Paşinyanın ünvanına göndərilən tənqid deyildi”.

Mərkəzin təhlilində Lavrovun jurnalistlərin qarşılıqlı səfərləri ilə bağlı açıqlamasına da yer verilib:

“Əslində bu ideya elə Lavrova məxsusdur. O, bu ilin aprelində xarici işlər nazirlərinin birgə görüşündə vətəndaş cəmiyyətləri arasında təmaslara başlamağı zəruri hesab etmişdi. Lavrov Bakıda xalqlar arasında münasibətlərin qurulmasının vacibliyini belə izah etdi: “Jurnalistlər bu istiqaməti nə qədər çox işıqlandırsa, ümid etdiyimiz hədəflər daha dayanaqlı olacaq. İcmalararası görüşlər əvvəllər də keçirilib və bərpa olunmalıdır. Bu perspektivli mövzudur. Dağlıq Qarabağın icmaları gələcək yaşayış barədə müzakirələr aparmalıdır”.

Lavrov, həmçinin, ikitərəfli əlaqələrdə verdikləri təkliflərin nəzərə alınmasına görə təşəkkür edib. Yəni bu təklifə həm İrəvan, həm də Bakı razıdır. Jurnalistlərin qarşılıqlı səfərləri və icmalararası təmaslar elə mövzular deyil ki, Bakı və İrəvan bunun əleyhinə çıxsın. Əksinə, Dağlıq Qarabağın azərbaycanlı icmasının erməni icmasının təmsilçiləri ilə görüşlərə başlaması Azərbaycanın xeyrinədir. Bununla Ermənistana və beynəlxalq aləmə göstəririk ki, Dağlıq Qarabağda ermənilərlə yanaşı azərbaycanlar da yaşamalı və onların hüquqları təmin edilməlidir”.

Analizdə Sergey Lavrovun Bakıdakı görüşlərində iki ölkə arasında hərbi- texniki əməkdaşlıqla bağlı dedikləri də xüsusi vurğulanıb:

“Rusiyalı nazir qeyd etdi ki, hərbi texniki əməkdaşlıq sahəsində maraqlı ideyalar var və bu ideyalar gələcəkdə həyata keçiriləcək. İdeyaların nədən ibarət olacağını yaxın günlərdə biləcəyik. Yəqin Azərbaycan Müdafiə Nazirliyi Rusiyadan yeni hərbi texnika almağa hazırlaşır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR