Slimfit
  1. SİYASƏT

"Lavrov Ermənıstanı başa salmalı və cəzalandırmalıdır" - Deputatlardan sərt AÇIQLAMA

"Lavrov Ermənıstanı başa salmalı və cəzalandırmalıdır" - Deputatlardan sərt AÇIQLAMA
Sakura

"Lavrov Ermənıstanı başa salmalı və cəzalandırmalıdır" - Deputatlardan sərt AÇIQLAMA

“Lavrovun bəyanatına 2 prizmadan yanaşmaq olar”.

Ens.az xəbər verir ki, bunu KONKRET.az-a Rusiya xarici işlər nazir Sergey Lavrovun “Rusiya Azərbaycanın işğal altında olan 5 rayonun geri qaytarılmasının tərəfdarıdır” fikirini şərh edən deputat Bəhruz Məhərrəmov bildirib.

O, qeyd edub ki, birincisi ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın Azərbaycanın ərazilərində işğal faktını bir daha təsdiq etməsi müsbət haldır:

“Lakin indiki məqamda işğal altında olan ərazilərə Dağlıq Qarabağ və digər rayonlar formatında yanaşma qəbuledilməzdir. Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati vahid yoxdur, işğaldakı hər bir qarış istisnasız bizimdir və işğala son qoyulması kompleks akt olmalı, bütün əraziləri əhatələməlidir. İkincisi, bölgəyə sülhməramlı qüvvələrin yeridilməsi məsələsinə gəlincə, əgər Lavrov rus əsgərini nəzərdə tutursa, buna ehtiyac yoxdur.  Azərbaycan dövləti digər vətəndaşlarımızı olduğu kimi,  bölgəyə 200 il əvvəl köçmüş erməni milli azlığının da  təhlükəsizliyini təmin etməyə qadirdir”.

Bəhruz Məhərrəmov vurğulayıb ki, bölgədə sülhməramlıya yalnız Zəngəzur və Göyçədə ehtiyac var:

“Qaçqınlar Qərbi Azərbaycana öz ata-baba yurdlarına qayıdanda onların orada real təhlükə, faşist erməni xisləti ilə qarşılaşacağı aydındır, bu baxımdan sülhməramlı məhz  orada lazımdır. İkincisi, Rusiya bəzən bəyanatları elə tonda verir ki,  sanki bölgədən xəbəri yoxdur. Rusiya müəyyən dövrlər münaqişənin nizamlanması üzrə vasitəçi yox, az qala tərəf kimi iştirak edib, elə son dövrlərdə təyyarələrlə Ermənistana silah daşıması da bu qəbildən bir misaldır. Bütün bunların fonunda Rusiyanın ən ədalətli mövqeyi o olar ki, cənab Prezidentin dediyi kimi bizi düşmənimizlə təkbətək buraxsın. O zaman hər şey qaydasına düşəcək, bəlkə  Azərbaycan əsgərinin heç xəbərdarlıq atəşi açmasına da ehtiyac olmaz. Çünki erməni qarşısında Azərbaycanı görsə və arxasında da güvənəcəyi güc olmazsa, torpaqları bir neçə saat içində boşaldıb geri çəkilər”.

Deputat Elman Nəsirov bu fikrin yeni olmadığını deyib:

“2007-ci il və 2009-cu ilin dekabrında yenilənmiş Madrid prinsiplərində münaqişənin mərhələli həlli öz həllini tapıb. Məsələyə bu səpkili münasibətlər var. 2011-ci ilin Kazan prinsiplərində də məsələnin oxşar qoyulmasından söhbət gedir. Amma problemin qəlizliyi ondan ibarətdir ki, Ermənistan münaqişənin mərhələli həllini qəbul etmir. Eyni zamanda işğal etdiyi Azərbaycan torpaqlarını da qaytarmayacağını bəyan edir. Bu mövqeyinin sübutu kimi qeyd edim ki,  Nikol Paşinyan son bəyanatlarında “Qarabağ Ermənistanındır” fikirini səsləndirir. Eyni zamanda danışıqlar prosesində qondarma rejimin də iştirak etməsini istəyir. Bundan başqa Ermənistan tərəfi qeyd edirdi ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayonu ona görə qaytarmır ki, bu ərazilər onun üçün təhlükəsizlik buferi rolunu oynayır. Guya o əraziləri Azərbaycana qaytarsa, guya biz o ərazilərdən Dağlıq Qarabağa qarşı təzyiqlər və təhdidlər həyata keçirə bilərik. Bu kimi yanaşmaları var idi”.

Milli Məclisin üzvü bildirib ki, bu gün Ermənistan Suriyadan sonra isə Livandan erməniləri və Yaxın Şərqdə fəaliyyət göstərən terrorçuları işğal altında olan Azərbaycan ərazilərində yerləşdirir:

“Orada qeyri-qanuni yerləşdirmə siyasətini həyata keçirir. Deməli, Ermənistanın Dağlıq Qarabağın ətrafındakı işğal altında olan 7 rayonu da qaytarmaq fikiri yoxdur. Bütün bu reallıqlar fonunda Sergey Lavrov “Rusiya Azərbaycanın işğal altında olan 5 rayonun qaytarılmasına razıdır” fikri ilə məhdudlaşmamalı, çox güclü təsir mexanizmləri ilə Ermənıstanı başa salmalı və anlamayacağı təqdirdə də cəzalandırmalıdır. Çünki əks təqdirdə müharibə labüddür.  O müharibə ki,  Cənubi Qafqazda böyük partlayışa səbəb ola bilər, bundan Rusiya da ziyan görə bilər, çünki qonşuluqda yerləşir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR