Slimfit
  1. CƏMİYYƏT

Korrupsioner görüb xəbər verənə 41 min dollar!

Korrupsioner görüb xəbər verənə 41 min dollar!
Sakura

Korrupsioner görüb xəbər verənə 41 min dollar!

Ötən gün noyabrın 13-də Ukrayna Prezidenti Vladimir Zelenski parlamentin korrupsiya xəbərçiləri haqda ötən ay qəbul etdiyi qanunu imzalayıb. Qanunda korrupsiya barədə məlumat verənlərə rüşvətin 10 faizi, yaxud dövlətin korrupsiya mexanizmi nəticəsində itirdiyi məbləği təklif olunur.

Ancaq xəbərçi 10 faizi o zaman əldə edir ki, rüşvətin məbləği minimum əməkhaqqının 5 min misli, yaxud daha artıq olsun – yəni indiki məzənnə ilə minimum 410 min dollar. Belə ki, xəbərçi verdiyi informasiyaya görə azı 41 min dollar əldə edə bilər.

Potensial xəbərçi cinayət haqda elə işlədiyi yerdə, yaxud media, vətəndaş cəmiyyəti, həmkarlar ittifaqı, yaxud Korrupsiyaya qarşı Dövlət Agentliyinə (NAZK) xəbər verə bilər. Ötürülən informasiya ilkin olaraq 10 gün ərzində təsdiqlənməlidir. Bundan sonra daxili təhqiqat aparılması, materialların hüquq-mühafizə orqanına ötürülməsi, yaxud faktlar təsdiqlənməzsə, işin bağlanmasına qərar verilir.

İlkin tapıntılar tamamlanandan sonra 3 gün ərzində ittihamçıya verilir. Daxili istintaqın müddəti 30 gün, gərəkərsə, 60 gündür. Xəbərçilər ən çoxu 51 min dollar, yaxud aylıq minimum maaşın 3 min mislini gözləyə bilərlər. Xəbərçilərin sayı birdən artıqdırsa, məbləğ onların verdiyi informasiyanın çəkisinə, əhəmiyyətinə uyğun olaraq bölüşdürülür.

Korrupsiya təhqiqatı ilə əməkdaşlıq edənlərə, məlumat verdikləri korrupsiya mexanizmində iştirak edənlərə pul mükafatı verilməyəcək. NAZK isə xəbərçilərin ötürdükləri informasiyanı nəzərdən keçirməli, onlarla əməkdaşlıq edərək onları qorumalı, informasiya ötürdüyünə görə onların hüquqlarını pozanları mühakimə etməlidir.

Xəbərçilər anonim qalmağı seçə bilərlər, özləri və yaxınları şahidlərin qorunması proqramıyla mühafizə olunacaq. Onlar saxta informasiyaya görə məsuliyyətə cəlb oluna bilərlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR