Alimlər koronavirusun yüngül formasının necə göründüyü barədə danışıblar
Artıq statistika ilə tanış olan və proqnoz verən alimlərin dediklərinə görə, yeni koronavirusa yoluxacaq insanların 80 faizi xəstəliyi yüngül formada keçirəcəklər. Həkimlər həmçinin koronavirusun simptomlarını digər soyuqdəymələrdən necə ayırd etmək barədə danışıblar.
COVID-19 -un yüngül forması
Xəstədə aşağı hərarət, yüngül baş ağrısı müşahidə oluna bilir, özünü yorğun hiss edir, boğazında da kiçik ağrı, zəif öskürək və əzələlərində də ağrılar olur. Nadir hallarda burun axır.
Koronavirusu SARS və ümumi soyuqdəymə ilə necə qarışdırmamaq olar
Bu xəstəliklərdə, COVID-19-dan fərqli olaraq, xəstədə quru olmayan öskürək olur və demək olar ki, həmişə insanlar burun tutulmasından və ya axmasından əziyyət çəkirlər. Ancaq oxşar simptomlar da var - bu aşağı temperatur və baş ağrısıdır.
Koronavirusu qrip ilə necə qarışdırmamaq olar
Koronavirusun yeni növü olan COVID-19 və qripdə kifayət qədər oxşarlıq var: hər ikisi də geniş seçim ilə tənəffüs xəstəliyinə yol açır: xəstədəni simptomsuz və ya yüngül vəziyyətdən ciddi bir vəziyyətə və hətta ölümə qədər. Ancaq qrip xəstəliyi zamanı insanda nəfəs darlığı və ya digər oxşar nəfəs problemləri olmur və temperatur demək olar ki, həmişə yüksəkdir - bu, qripi koronavirusdan fərqləndirən əsas əlamətidir.
Mənbə: www.med2.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət