Slimfit
  1. DÜNYA

Koronavirusu bəzən heç bir əlamət göstərmir

Koronavirusu bəzən heç bir əlamət göstərmir
Sakura

Koronavirusu bəzən heç bir əlamət göstərmir

Bütün dünyada can almağa davam edən yeni koronavirusu epidemiyası COVID-19, gedərək daha qorxunc bir hal almağa başladı. Çinli alimlər tərəfindən aparılan yeni bir araşdırma, fiziki olaraq heç bir simptom göstərməyən bir adamın, virusu başqalarına yoluxdura biləcəyini göstərdi.

Yeni tip koronavirusu, ilk olaraq 12 dekabr 2019-cu ildə Çinin Hubei əyalətinə bağlı Vuhan şəhərində müəyyən edilmişdi. O zamandan etibarən 77.150 adama yoluxdu və 2.592 adamın həyatını itirməsinə səbəb oldu.

Öskürək, halsızlıq və boğaz ağrısı kimi tipik bir soyuqdəymə xəstəliyi simptomları göstərən sirli virus, qısa müddətdə Kəskin Respirator Distres Sindromuna (ARDS) səbəb olur və tutulan adamın nəfəs almasını qeyri-mümkün hala gətirir. Lakin çinli araşdırmaçıların müşahidə etdiyi yeni bir hal, bir adamın bu simptomları göstərməməsinə baxmayaraq virusu daşıya bildiyi və başqalarına yoluxdura bildiyini göstərdi.

 

Yeni məlumatlara görə COVID-19un sıfır nöqtəsi olan Vuhanda yaşayan 20 yaşındakı bir qadın, ölümcül virusu ailə üzvlərindən beşinə yoluxdurdu, ancaq fiziki olaraq hər hansı bir xəstəlik əlaməti göstərmədi. Araşdırmaçılar, virusu daşıyan qadının yoluxdurma dövrünün, 19 gün olduğu nəticəsini əldə etdi. Çinin sağlamlıq səlahiyyətliləri daha əvvəl virusun bu dövrünün 1 ilə 14 gün arasında dəyişdiyini təxmin edirdi, ancaq son araşdırmalar, bu müddətin 24 günə qədər uzana biləcəyini göstərir.

Mənbə: milli.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR