Dərc edildi: Baxış sayı: 499
Koronavirusdan ilk türk öldü
Dünyada 102 mindən çox insanda aşkarlanan koronavirusdan ilk dəfə bir türk vəfat edib.
“Qafqazinfo”nun “Milliyət”ə istinadən verdiyi xəbərə görə, ötən gün Fransada yaşayan Türkiyə vətəndaşı, Mersin şəhərindən olan Halil Bıçkı sözügedən epidemiya nəticəsində dünyasını dəyişib.
Bildirilir ki, onun cənazəsinin Türkiyəyə gətirilməsinə icazə verilməyib.
Qeyd edək ki, bu günədək Fransada 577 nəfər koronavirusa yoluxub, 9 nəfər dünyasını dəyişib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət