Dərc edildi: Baxış sayı: 805
Koronavirusa yoluxan deputatdan xəbər var
“Mən artıq sağalmaq üzrəyəm. Heç şübhəsiz ki, bu, həkimlərimizin, tibb işçilərimizin zəhmətinin nəticəsidir”.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu koronavirusa yoluxan deputat Sahib Alıyev özünün “Facebook” hesabında yazıb.
Qeyd edək ki, Sahib Alıyevin iyunun 20-də koronavirusa yoluxduğu açıqlanıb.
Bundan sonra bütün deputatlar COVID-19 analizi veriblər. S.Alıyev “Yeni Klinika”da müalicə alır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət