Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Koronavirusa qarşı mühüm xəbərdarlıq: yerə tüpürməyin!

Koronavirusa qarşı mühüm xəbərdarlıq: yerə tüpürməyin!
Sakura

Koronavirusa qarşı mühüm xəbərdarlıq: yerə tüpürməyin!

Ens.az bildirir ki, koronavirusundan qorunmaqla bağlı tövsiyələrini çatdıran türkiyəli professor Zeki Gümrü bəzi pis vərdişlərdən uzaq  olmağa çağırıb. "Məsələn, yerə tüpürmək virusun yayılmasının səbəblərindən biridir" deyib o. 

"Yerə tüpürmək vərdişi olanlar bu xasyyətlərini tərgitməlidir " deyən Gümrü, bunun təhlükələrini  izah edib.

Küçədəki təhlükə

Yerə tüpürməklə çox təhlükəli vəziyyət yaradanlar; yüzlərlə insanın virusu evə və iş yerinə aparmalarına səbəb olur. Toxunmaq kimi, bir insanın tüpürcəyinə ayaq basmaq da təmasdır.

Xüsusilə, futbolçular matç və məşq zamanı daim meydanda tüpürürlər.  Yerə yıxılan yoldaşlarının o tüpürcəklə təmas etməsi və yoluxması qaçılmazdır.  Bütün idman yarışlarının ləğvi də bu baxımdan məqsədəuyğun qərardır.

Gəzintiyə çıxdıqda...

Bu gün evdə darıxan və səhər gəzintisinə çıxanlar, viruslu tüpürcəyə qarşı da risklidirlər. İdman meydançaları və gəzinti sahələrində çoxlu tüpürcəklə qarşılaşa bilərlər.

İstəmədən biz buna ayaq basırıq və virusu evimizə aparırıq.  İdmana çıxanlar mütləq qapıdan kənarda ayaqqabılarını çıxarmalıdırlar.  Gigiyenaya daha çox diqqət yetirməlidirlər.

Əslində sağlamlıq üçün faydalıdır

Digər tərəfdən, tüpürcəyin sağlamlığımız üçün bir çox faydası var.  Bədənimiz gündə orta hesabla 1 - 1,5 litr tüpürcək istehsal edir.  95 faiz sudan, 3 faiz üzvi maddədən və 2 faiz mineraldan ibarət tüpürcəyimizin dəyərini bilməliyik.

Tüpürcək vəzləri  qidaları yumşaltmağımıza və rahat  şəkildə udmağımıza, söhbət etməyimizə, turşulu qidaların dişlərimizi çürütməsinin qarşısını almağa,  həzmin ağızda başlamağına imkan yaradaraq dad hiss etməyə və mədə yükünü azaltmağa qədər bir çox faydası var.

Beləliklə, onu yerə tüpürərək  həm başqalarının sağlamlığını, həm də öz sağlamlığımızı korlamayaq.

 

Mənbə: www.haber.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR